- Transfer
- 23:17 10.12.2024
"Barselona" gənc istedadlı futbolçuların axtarışını davam etdirir.
90deqiqe.Az xəbər verir ki, Kataloniya klubu hazırda "Benfika"nın və Portuqaliya U-20-nin hücumçusu Xose Melrunu hədəfləyir.
"Blauqrana" futbolçunu yayda transfer etmək niyyətindədir.
Xatırladaq ki, Melru 2022-ci ilin iyulunda "Benfika"ya keçib. Onun müqaviləsi 2025-ci ilin iyununda başa çatır. 19 yaşlı cinah yarımmüdafiəçisi "Qartallar"ın 23 yaşadək futbolçulardan ibarət komandasında çıxış edir.
Əlavə edək ki, kataloniyalılar daha əvvəl "Djurgården"in və İsveç millisinin 18 yaşlı yarımmüdafiəçisi Lukas Berqvallı əldən vermişdi.