- Transfer
- 18:40 23.11.2024
Atletico'dan 120 milyon avro qarşılığında “Barcelona”ya keçən Antoine Griezmannın vəkili açıqlama verib.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun vəkili Sean Karian, Madrid klubunun 200 milyon avro təzminat tələb etməsinə təəccübləndiyini deyib:“Xüsusi olaraq, danışılanların tam tərsini edən “Atletico”, Griezmannı çox təəssüfləndirdi. O, həqiqətən bu davranışlara layiq deyildi və özünə qarşı bu qədər pis davranış gözləmirdi. Təhdidlərlə bağlı nə lazımdırsa, edəcəyik”.
“Barcelona” Griezmannın transferini açıqladıqdan sonra “Atletico” bəyanat yayaraq, təcrübəli futbolçu ilə müqavilənin müvafiq bəndinə əsasən, iyulun 1-dən onun təzminat qiymətinin 200 milyon avrodan 120 milyona düşdüyünü bildirib. Kataloniya təmsilçisinin son məbləği ödəyərək fransalı futbolçunu aldığı vurğulanıb.