27 iyul 2024. Şənbə

"İnter" iranlı hücumçu ilə anlaşdı

"Porto"nun və İran millisinin hücumçusu Mehdi Taremi bu yay azad agent kimi "İnter"ə keçəcək.


  • Transfer
  • 19:44 12.02.2024
  • Oxunma sayı: 85
"İnter" iranlı hücumçu ilə anlaşdı

"Porto"nun və İran millisinin hücumçusu Mehdi Taremi bu yay azad agent kimi "İnter"ə keçəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, 31 yaşlı futbolçu tezliklə tibbi müayinədən keçəcəyini və daha sonra “neradzurri” ilə müqavilə imzalayacağını bildirib. Forvardın Milan klubu ilə əmək müqaviləsi 2025/2026-cı il mövsümünün sonuna qədər, o cümlədən 2027-ci ilin iyun ayına qədər uzadılma şərti ilə qüvvədə olacağını qeyd edib.

Taremi 2020-ci ildən "Porto"da çıxış edir. Bu mövsüm forvard "əjdahalar"ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Portuqaliya klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.

Daha əvvəl "İnter"lə "Napoli"nin yarımmüdafiəçisi Piotr Zielinski arasında razılıq əldə olunduğu məlum olub.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir