24 oktyabr 2024. Cümə axşamı

Paytaxt klubu yayda onları almaq istəyir


  • Transfer
  • 21:37 12.02.2024
  • Oxunma sayı: 135
Paytaxt klubu yayda onları almaq istəyir

"Çelsi" sol cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün namizədləri müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, London komandasının bossları üçün arzu olunan transfer “Bavariya”nın müdafiəçisi Alfonso Devis olduğunu qeyd edib. Bununla belə, klub rəhbərliyi kanadalının alınmasının problemli olacağını anlayır.

Bildirilir ki, “aristokratlar” “Bornmut”un müdafiə oyunçusu Miloş Kerkezi də nəzərdən keçirir. “Zadəganlar” artıq “Albalı”nın bəzi Premyer Liqa matçlarına skaut göndərib.

Bu mövsüm Devis "Bavariya"nın heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib. Kerkez də öz növbəsində "Bornmut"da 22 oyun keçirib və 1 məhsuldar ötürmə etməyi bacarıb. Transfermarkt internet portalının məlumatına görə, oyunçuların təxmini dəyəri müvafiq olaraq 70 milyon avro və 20 milyon avro təşkil edir.







Transfer