24 oktyabr 2024. Cümə axşamı

Mourinyo "Bavariya"ya rəhbərlik edə bilər


  • Transfer
  • 22:32 12.02.2024
  • Oxunma sayı: 105
Mourinyo  "Bavariya"ya rəhbərlik edə bilər

"Roma"nın sabiq çalışdırıcısı Joze Mourinyo "Bavariya"ya rəhbərlik edə bilər. 

90deqiqe.Az xəbər verir ki, Münhen klubunu rəhbərləri komandanın hazırkı nəticələrindən narazıdırlar və bu səbəbdən  baş məşqçisi postuna portuqaliyalının dəvət etməyi nəzərdən keçirir. 

Mourinyonun yayda Bundesliqa nəhəngini çalışdırmaq şansı var.

İddialara görə, Mourinyo artıq alman dilini öyrənməyə başlayıb.

Mourinyonun son klubu "Roma" olub. Portuqaliyalı 2021/2022 mövsümündə "Roma" ilə Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “canavarlar” Avropa Liqasının finalına yüksəlib. Portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" ümumilikdə 96 oyun keçirib. Onlarda romalılar 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 görüşdə məğlub olub.







Transfer