24 oktyabr 2024. Cümə axşamı

"Liverpul"da baş məşqçi postuna yeni namizəd


  • Transfer
  • 23:51 12.02.2024
  • Oxunma sayı: 124
"Liverpul"da baş məşqçi postuna yeni namizəd

"Tottenhem"in baş məşqçisi Ange Postekoqlou Yurgen Kloppun gedişindən sonra "Liverpul"u idarə etməyə namizədlər arasındadır.

90deqiqe.Az xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi bu posta 58 yaşlı çalışdırıcını gətirməyi planlaşdırır.

Lakin London klubunun rəhbərliyi avstraliyalı mütəxəssisin onları tərk edə biləcəyindən narahat deyil. Rəhbərlik 58 yaşlı çalışdırıcının onlarla işləməyə davam edəcəyinə əmindir.

Xatırladaq ki, Yurgen Klopp bu mövsümün sonunda "qırmızılar"ın baş məşqçisi postundan istefa vermək qərarına gəlib.







Transfer