24 oktyabr 2024. Cümə axşamı

Nə Mbappe, nə də Haaland - "Real" bu hücumçunu alır


  • Transfer
  • 10:20 13.02.2024
  • Oxunma sayı: 124
Nə Mbappe, nə də Haaland - "Real" bu hücumçunu alır

"Real" baş skaut Yuni Kalafata "Mançester Yunayted"in hücumçusu Rasmus Hoylundun monitorinqinə başlamağı tapşırıb.

90deqiqe.Az "Defensa Central"a istinadən xəbər verir ki, ispan klubunun rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappe və ya “Mançester Siti”nin forvardı Erlinq Haalandla müqavilə imzalaya bilməyəcəyi təqdirdə danimarkalı forvardı seçim kimi nəzərdən keçirir.

Hoylund bu yaxınlarda “Mançester Yunayted”də ardıcıl 5-ci oyununda qol vurdu. Bu mövsüm 21 yaşlı forvard "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 28 oyun keçirib, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, oyunçunun bazar dəyəri 65 milyon avrodur.







Transfer