1 oktyabr 2026. Cümə axşamı

Qarabağ Gerye ilə yollarını ayırır


  • Transfer
  • 16:40 14.07.2019
  • Oxunma sayı: 456
Qarabağ Gerye ilə yollarını ayırır
 “Qarabağ” klubu müqaviləsi başa çatan Donald Gerye ilə yolları ayırmaq qərarını verib.

Corner.az-ın əldə etdiyi məlumata görə, Ağdam klubu haitili yarımmüdafiəçiyə yeni müqavilə təklifi edib. Hazırda ölkəsində olan və başqa klublardan təklif alan futbolçu əvvəlcə gələcəyini vəd etsə də, indiyədək ciddi bir əsas gətirməyərək klubun düşərgəsinə qoşulmayıb. Bu sayğısız davranışına görə, komandanın baş məşqçisi Qurban Qurbanov ondan imtina etmək qərarına gəlib. 
 
Bu arada, “Qarabağ”ın rəsmi sosial şəbəkəsi xəbər yayıb ki, baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə yeni transfer Ailton Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Partizani” ilə cavab oyununda meydana  çıxa bilər.

Qeyd edək ki, Ailton da Gerye kimi müdafiənin sol cinahında oynayır.(qol)





Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir