27 iyul 2024. Şənbə

"Napoli"ni "Roma"ya dəyişə bilər


  • Transfer
  • 17:48 13.02.2024
  • Oxunma sayı: 85
"Napoli"ni "Roma"ya dəyişə bilər

"Napoli"nin qapıçısı Aleks Meret karyerasını "Roma"da davam etdirməyə yaxındır.

90deqiqe.Az  “Football Italia"ya istinadən xəbər verir ki, “canavarlar”ın rəhbərliyi komandanın hazırkı qapıçısı, 35 yaşlı Rui Patrisio ilə 2024-cü ilin iyunun sonunda başa çatacaq müqavilənin uzatmaq niyyətində deyil.

Qeyd olunur ki, Meretin müqaviləsində o, Neapollularda oyunlarının 70 faizində iştirak edərsə, o, avtomatik olaraq daha bir il müddətinə uzadılır. Bu mövsüm Meret komandasının oyunlarının 68 faizində iştirak edib.

Xatırladaq ki, Meret 2018-ci ildən "Napoli"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 160 qarşılaşmada iştirak edib, bunun 54-də qapını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir