24 oktyabr 2024. Cümə axşamı

"Mançester Siti" "Bavariya"nın gənc futbolçusu ilə maraqlanır

"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala yay transfer pəncərəsində "Mançester Siti"yə keçə bilər.


  • Transfer
  • 20:52 13.02.2024
  • Oxunma sayı: 98
"Mançester Siti" "Bavariya"nın gənc futbolçusu ilə maraqlanır

"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Camal Musiala yay transfer pəncərəsində "Mançester Siti"yə keçə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, “şəhərlilər”in nümayəndələri 20 yaşlı futbolçunu transfer etməyə cəhd edəcəklərini bildirib. Qeyd olunur ki, münhenlilər start heyətində qeyd-şərtsiz futbolçulardan biri ilə yolları ayırmaqda maraqlı deyil.

Musiala "Çelsi"nin yetirməsidir. Yarımmüdafiəçi 2019-cu ildən "Bavariya"da çıxış edir.

Bu mövsüm almaniyalı bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Münhen klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur







Transfer