24 oktyabr 2024. Cümə axşamı

“Barselona”nın növbəti baş məşqçisi Tomas Tuxel olacaq?

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel karyerasını "Barselona"da davam etdirə bilər.


  • Transfer
  • 20:23 14.02.2024
  • Oxunma sayı: 134
“Barselona”nın növbəti baş məşqçisi Tomas Tuxel olacaq?

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel karyerasını "Barselona"da davam etdirə bilər.

90deqiqe.Az  “Diario Sport"ya istinadən xəbər verir ki, “Barselona” alman çalışdırıcını potensial olaraq komandaya baş məşqçi təyin etmək variantını nəzərdən keçirir, bu isə cari mövsümün sonunda Xavinin gedişindən sonra boş qalacaq. Kataloniyalılar 50 yaşlı mütəxəssis yayda "Bavariya"dan ayrılacağı təqdirdə ona əməkdaşlıq təklif etməyə hazırdır.

Xatırladaq ki, Tuxel 2023-cü ilin martında Münhen klubunu çalışdırıb və onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Daha əvvəl məlum olmuşdu ki, “Bavariya” baş məşqçisi Tomas Tuxeldən narazıdır, onun gələcəyinə yayda baxılacaq. Bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkələrdə məlumat verib.







Transfer