22 oktyabr 2024. Çərşənbə axşamı

"Mançester Yunayted" Runinin uğrunda mübarizədə liderdir

"Kopenhagen"in vingeri Runi Bargi İngiltərə Premyer Liqasının top klublarından birinə keçə bilər.


  • Transfer
  • 20:38 14.02.2024
  • Oxunma sayı: 133
"Mançester Yunayted" Runinin uğrunda mübarizədə liderdir

"Kopenhagen"in vingeri Runi Bargi İngiltərə Premyer Liqasının top klublarından birinə keçə bilər.

90deqiqe.az xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O “Mançester Yunayted”in 18 yaşlı futbolçu ilə ciddi şəkildə maraqlandığını qeyd edib. Mankunianlılar gənc futbolçu uğrunda mübarizədə bir neçə Avropa klublarını qabaqlayır. "Qırmızı şeytanlar"ın nümayəndələri qarşıdakı yay transfer pəncərəsində forvardın alınması üçün "Kopenhagen" rəhbərliyinə təklif göndərməyə çalışacaqlar.

Bargi 2020-ci ildən Kopenhagen sistemindədir. Bu mövsüm cinah oyunçusu bütün turnirlərdə 21 oyun keçirib və 10 qol vurub. Futbolçunun Danimarka klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 9 milyon avrodur.







Transfer