24 oktyabr 2024. Cümə axşamı

"Liverpul" kanadalı forvardla maraqlanır

"Lill"in və Kanada millisinin hücumçusu Conatan David "Liverpul"la maraqlanır.


  • Transfer
  • 21:12 14.02.2024
  • Oxunma sayı: 103
"Liverpul" kanadalı forvardla maraqlanır

"Lill"in və Kanada millisinin hücumçusu Conatan David "Liverpul"la maraqlanır.

90deqiqe.Az xəbər verir ki, 24 yaşlı futbolçu qarşıdakı yay transfer pəncərəsində Mersisayd düşərgəsinə keçə bilər. "Liverpul" təmsilçiləri forvardın alınması üçün "Lill" rəhbərliyinə təklif irəli sürməyə çalışacaq. Qeyd olunur ki, kanadalının xidmətində "Mançester Yunayted", "Milan" və "Atletiko Madrid" də iddialıdır.

David 2020-ci ildən "Lill"də çıxış edir. Bu mövsüm forvard Bulldoqlar üçün bütün turnirlərdə 30 oyun keçirib, 13 qol vurub və iki məhsuldar ötürmə edib. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 50 milyon avrodur.

Daha əvvəl Davidlə Londonun "Çelsi"sinin maraqlandığı bildirilirdi.







Transfer