24 oktyabr 2024. Cümə axşamı

"Mançester Yunayted" "Everton"un müdafiəçisini istəyir

 "Everton"un müdafiəçisi Jerrad Brantvayt yay transfer pəncərəsində komandasını dəyişə bilər.


  • Transfer
  • 22:42 14.02.2024
  • Oxunma sayı: 95
"Mançester Yunayted" "Everton"un müdafiəçisini istəyir

 "Everton"un müdafiəçisi Jerrad Branthwaite yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az  “Daily Mail"ə istinadən xəbər verir ki, “Mançester Yunayted” 21 yaşlı müdafiəçini transfer etməyə əsas namizəddir. Artıq “qırmızı şeytanlar”ın nümayəndələri futbolçunu “Everton”dan almaq təklifi ilə çıxış ediblər. Qeyd olunur ki, ingilis oyunçunun xidmətində "Çelsi", "Real" və "Arsenal" da maraqlıdır.

Branthwaite 2020-ci ildən "Everton"da çıxış edir. Bu mövsüm müdafiəçi "Everton"un heyətində bütün yarışlarda 27 oyun keçirib və bir qol vurub. Futbolçunun ingilis klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalının məlumatına görə, futbolçunun təxmini dəyəri 25 milyon avrodur.Daha əvvəl Londonun "Arsenal"ının Branthwaite ilə maraqlandığı bildirilirdi.







Transfer