24 oktyabr 2024. Cümə axşamı

"Liverpul" yayda Kyezanı transfer edə bilər


  • Transfer
  • 23:21 14.02.2024
  • Oxunma sayı: 97
"Liverpul" yayda Kyezanı transfer edə bilər

İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsində "Yuventus"un futbolçusu Federiko Kyezanı transfer edə bilər.

90deqiqe.Az  “Tuttosport"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin rəhbərliyi artıq italyan oyunçunun agenti ilə ilkin təklif də göndərib.

Xatırladaq ki, Turin təmsilçisinin 2024-cü ilin yayında Kyeza və Filip Kostiçlə ayrılmağa hazır olduğu daha əvvəl bildirilmişdi.

Bu mövsüm Kyeza "Yuventus"un heyətində bütün turnirlərdə 20 oyuna çıxıb, 6 qol vurub və iki məhsuldar ötürmə edib. Federiko Kyezanın Turin klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Eyni zamanda, Transfermarkt internet portalının məlumatına görə, 26 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Hazırda İngiltərə Premyer Liqasında keçirilən 24 oyundan sonra 54 xalla "Liverpul" çempionatın lideridir.







Transfer