14 iyul 2026. Çərşənbə axşamı

PSJ "Lill"in müdafiəçisi ilə anlaşdı


  • Transfer
  • 12:33 15.02.2024
  • Oxunma sayı: 232
PSJ "Lill"in müdafiəçisi ilə anlaşdı

PSJ "Lill"in 18 yaşlı müdafiəçisi Leni Yoronu transfer etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Ekrem Konur "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O parislilərin nümayəndələrinin gənc müdafiəçi və onun agentləri ilə şəxsi müqavilə şərtləri ilə razılaşdığını qeyd edib.

PSJ Yoro üçün təzminat məbləği ilə bağlı Lill ilə razılaşmağa davam edir.

Qeyd olunur ki, müdafiəçi üçün "Real Madrid", "Bavariya", "Çelsi" və "Mançester Yunayted" kimi klublar müraciət etməkdə davam edir.

Yoro 2017-ci ildən "Lill"də çıxış edir. Bu mövsüm müdafiəçi komandanın heyətində bütün turnirlərdə 27 oyun keçirib və üç qol vurub. Futbolçunun Fransa klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 25 milyon avrodur.







Transfer

Hazard doğma klubuna qayıtdı
  • Transfer
  • 23:20 13.07.2026
Hazard doğma klubuna qayıtdı