24 oktyabr 2024. Cümə axşamı

"Arsenal"ın vingeri "Fluminense"yə keçir

"Arsenal"ın vingeri Markinyos Alenkar karyerasını "Fluminense"də davam etdirəcək.


  • Transfer
  • 16:00 15.02.2024
  • Oxunma sayı: 103
"Arsenal"ın vingeri "Fluminense"yə keçir

"Arsenal"ın vingeri Markinyos Alenkar karyerasını "Fluminense"də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Fabrizio Romano "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O Braziliya klubunun 20 yaşlı futbolçunun icarəsi ilə bağlı “topçular”la anlaşdığını bildirib. Futbolçu tibbi müayinədən uğurla keçib. Müqavilə yaxın vaxtlarda, lazımi sənədlər imzalandıqdan sonra açıqlanacaq.

Markinyos 2022-ci ildə 3,5 milyon avroya "San Paulo"dan "Arsenal"a keçib.Bu mövsümün ilk yarısında cinah oyunçusu "Nantes"də icarə əsasında çıxış edib, məhsuldar hərəkət etmədiyi bütün turnirlərdə yeddi natamam oyun keçirib. Futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 7 milyon avrodur.







Transfer