27 iyul 2024. Şənbə

"Real"a keçmək üçün yeni müqavilə təklifini rədd etdi


  • Transfer
  • 17:51 15.02.2024
  • Oxunma sayı: 128
"Real"a keçmək üçün yeni müqavilə təklifini rədd etdi

"Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devis komandasını dəyişməkdə qərarlıdır.

90deqiqe.Az-ın məlumatına görə, kanadalı oyunçu karyerasını "Real"da davam etdirmək istəyir. Alfonso "Bavariya" ilə müqaviləsini yeniləməkdən qəti şəkildə imtina edir.

"Real Madrid" də gələn yay Devislə müqavilə bağlamaqda maraqlıdır. "Bavariya"nın 100 milyon avro təzminat tələb edəcəyi gözlənilir. Kanadalının Bundesliqa klubu ilə müqaviləsi 2024/2025 mövsümünün sonuna kimidir.

Bu mövsüm Devis "Bavariya"nın heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, oyunçunun təxmini dəyəri müvafiq olaraq 70 milyon avro təşkil edir.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir