- Transfer
- 18:38 24.11.2024
“Gəncə” komandası şəhər voleybol məktəbinin yetirməsi olan Fidan Dəmirova ilə müqavilə imzalayıb.
Klubdan 90deqiqe.Az-a verilən məlumata görə, seleksiya xarakterli məşqlərdə fəallığı və oyunu ilə seçilən voleybolçu bu mövsümün sonunadək “sarı-göylər”in formasını geyinəcək.
“Gəncə”nin prezidenti Elvar Osmanov F.Dəmirovanın heyətə cəlb olunmasını yüksək qiymətləndirib, bu istiqamətdə istedadlı voleybolçular axtarışında olduqlarını bildirib: “Gəncəli oyunçu ilə müqavilə imzalamaq çox sevindirici haldır. İnanıram ki, Fidan öz oyunu ilə həm azarkeşlərin, həm də milli komandaların məşqçilər korpusunun diqqətini cəlb etməyi bacaracaq. Məşqçilərimiz Şəki və Tovuzda da seleksiya məşqlərini izləyiblər. Hazırda məşqçilərlə bu görüşlərlə bağlı müzakirələr aparırıq. Əsas məqsədimiz yerli yeniyetmə voleybolçuların inkişafına kömək etmək və milli komandalar üçün perspektivli idmançılar hazırlamaqdır”.