- Transfer
- 22:00 05.12.2025
Manchester United'in “Leicester City”nin futbolçusu Harri Maquayrı heyətinə qatmaq istədiyini xəbər vermişdik.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ingiltərəli futbolçu klub rəhbərliyi ilə görüşərək, “Manchester United”ə transfer olunmaq istədiyini bildirib.Bu görüşdən sonra tərəflər arasında rəsmi danışıqlara yaxın günlərdə başlanacağı və futbolçunun “Manchester United”ə transferinin gerçəkləşməsi gözlənilir. 'Qırmızı-şeytanlar"ın 26 yaşlı futbolçu üçün qarşı tərəfə 80 milyon sterlinq ödəyəcəyi bildirilir.
Qeyd edək ki, gənc futbolçunun klubla müqaviləsi 2023-cü ildə sona çatır.