22 aprel 2026. Çərşənbə

PSJ De Yonqa yüksək maaş təklif etməyə hazırdır


  • Transfer
  • 23:46 16.02.2024
  • Oxunma sayı: 215
PSJ De Yonqa yüksək maaş təklif etməyə hazırdır

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq PSJ-yə keçə bilər.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hollandiyalının bu yay mümkün gedişi ilə bağlı şayiələr sürətlənməkdə davam edir. İngiltərə Premyer Liqasının top klubları və PSJ hələ də oyunçunun xidmətində maraqlıdır.

Parislilər "barsa"nın ulduz yarımmüdafiəçisini öz sıralarına cəlb etməkdə qərarlıdır və  26 yaşlı futbolçuya "Barselona"da aldığı maaşdan yüksək maaş təklif etməyə hazırdır.

Kataloniyalıların ən çox maaş alan oyunçusu de Yonqdur.

Daha əvvəl Frenkie de Yonqun transferinin PSJ-yə 100 milyon avroya başa gələ biləcəyi bildirilirdi.

Bu mövsüm de Yonq bütün turnirlərdə 23 matçda iştirak edib və bir qol vurub. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro