24 oktyabr 2024. Cümə axşamı

"Barselona" "Real"dan Mbappeni transfer edə bilər


  • Transfer
  • 23:55 16.02.2024
  • Oxunma sayı: 99
"Barselona" "Real"dan Mbappeni transfer edə bilər

"Barselona" "Real"dan PSJ-nin hücumçusu Kilian Mbappenin qarşısını ala bilər.

90deqiqe.Az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya komandasının rəhbərliyi futbolçu ilə azad agent kimi müqavilə bağlamaq imkanını müzakirə etməyə başlayıb, lakin bunun üçün komanda bir neçə əsas oyunçusunu satmalı olacaq.

"Real Madrid" Mbappenin karyerasını klubda davam etdirmək istəyinə əmindir.

İnsayder Fabrizio Romano bildirib ki, futbolçu müqavilənin müddəti bitdikdən sonra komandanı tərk etməsi barədə Paris klubunun prezidenti Nasser Əl-Xelayfiyə məlumat verib. 

25 yaşlı Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2023/24 mövsümündə forvard bütün yarışlarda 30 matçda 31 qol vurub və 7 məhsuldar ötürmə edib. Parislilərlə birlikdə 5 dəfə Fransa çempionu olub.







Transfer