22 aprel 2026. Çərşənbə

Marotta Lautaronun PSJ-yə mümkün transferini şərh etdi


  • Transfer
  • 23:58 16.02.2024
  • Oxunma sayı: 182
Marotta Lautaronun PSJ-yə mümkün transferini şərh etdi

"İnter"in baş direktoru Cüzeppe Marotta PSJ-nin hücumçu Lautaro Martinezlə maraqlanması ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xəbər verir ki, funksioner, 26 yaşlı futbolçu ilə yeni müqavilə üçün danışıqların uzandığını etiraf edib.

"Argentinalı "neradzurri" ilə müqaviləsini uzatmalı idi, lakin uzun sürən danışıqlar futbolçunun mümkün gedişi ilə bağlı yeni söz-söhbət dalğasına səbəb olub PSJ və Lautaro? Hələlik belə narahatlıqlar üçün heç bir əsas yoxdur. Bu, futbolda adi haldır. Ancaq başlıqların bizə təsir etməsinə imkan verməməliyik, çünki biz “İnter”ik və klubumuzla PSJ arasında elə də böyük fərq görmürəm”, – deyə Marottanın sözlərindən sitat gətirir.

Xatırladaq ki, Martines 2018-ci ildən "İnter"də çıxış edir. Bu mövsüm argentinalı "neradzurri"nin heyətində bütün rəsmi turnirlərdə 30 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.







Transfer

Alvares üçün 200 milyon avro
  • Transfer
  • 22:13 20.04.2026
Alvares üçün 200 milyon avro