24 oktyabr 2024. Cümə axşamı

PSJ "Liverpul"un ulduzunu hədəfə aldı


  • Transfer
  • 10:12 17.02.2024
  • Oxunma sayı: 104
PSJ "Liverpul"un ulduzunu hədəfə aldı

 Fransız forvard Kilian Mbappeyə əvəzləyici axtarışında olan PSJ-nin maraq dairəsində "Liverpul"un vingeri Məhəmməd Salah yer alıb.

90deqiqe.Az "L'Equipe"yə istinadən xəbər verir ki, daha əvvəl "Napoli"dən Viktor Osimhen parislilərin əsas hədəflərindən biri olsa da, Salah da fransızların rəhbərliyi tərəfindən nəzərdən keçirilir.

Bu mövsüm Salah "Liverpul"un heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 65 milyon avrodur.







Transfer