24 oktyabr 2024. Cümə axşamı

Lopeteqi bu 2 təklifi rədd edib

İspaniyanın "Sevilya" və İngiltərənin "Vulverhempton" klubunun keçmiş baş məşqçisi Xulen Lopeteqi son həftələrdə iki təklifi rədd edib.


  • Transfer
  • 11:07 17.02.2024
  • Oxunma sayı: 82
Lopeteqi bu 2 təklifi rədd edib

İspaniyanın "Sevilya" və İngiltərənin "Vulverhempton" klubunun keçmiş baş məşqçisi Xulen Lopeteqi son həftələrdə iki təklifi rədd edib.

90deqiqe.Az xəbər verir ki,bu barədə jurnalist Nikolo Şira "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O, təkliflərdən biri İngiltərənin “Kristal Pelas” klubundan, digəri isə Səudiyyə Ərəbistanının adı açıqlanmayan klublarından olduğunu qeyd edib. İspan mütəxəssisin daha vacib klubdan təklif gözlədiyi bildirilir. O, hazırda İngiltərə Premyer Liqasında işləməyə üstünlük verir.

Xatırladaq ki, Xulen Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan ayrılarkən “canavarlar”ın rəhbərliyi ilə fikir ayrılığı səbəbindən klubsuz qalmışdı. Bundan əvvəl Lopeteqi "Real Madrid", "Rayo Valyekano", İspaniya millisi və "Porto"da da çalışıb. Məşqçi kimi Xulen 2019/2020 mövsümündə Avropa Liqasının qalibi olub - o zaman ispaniyalı "Sevilya"nın sükanı arxasında idi.







Transfer