24 oktyabr 2024. Cümə axşamı

"Real" Gülərlə bağlı qərarını verdi


  • Transfer
  • 11:50 17.02.2024
  • Oxunma sayı: 132
"Real" Gülərlə bağlı qərarını verdi

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülər ​​yay transfer pəncərəsində icarəyə göndərilə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə Relevo məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid klubunda 7 ay keçdikdən sonra  18 yaşlı hücumameyilli yarımmüdafiəçinin matçların tempini saxlamaq üçün kifayət qədər fiziki hazırlığının olmadığı məlum olub. Bu baxımdan, Ardanın yayda oyun təcrübəsi qazanmaq üçün başqa kluba gedəcəyi variant nəzərdən keçirilir. Qeyd olunur ki, Gülər komanda da ​​qalacağı təqdirdə, gələn mövsüm onun oyun müddəti daha da azala bilər.

Xatırladaq ki, Gülər ​​bu mövsüm bütün turnirlərdə 4 matçda iştirak edib, heç bir effektli olmayıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.







Transfer