24 oktyabr 2024. Cümə axşamı

“Real” Mbappe üçün 500 milyon avro xərcləyəcək

"Real" PSJ-nin hücumçusu Kilian Mbappe üçün ciddi pul xərcləyəcək.


  • Transfer
  • 23:42 17.02.2024
  • Oxunma sayı: 136
“Real” Mbappe üçün 500 milyon avro xərcləyəcək

"Real" PSJ-nin hücumçusu Kilian Mbappe üçün ciddi pul xərcləyəcək.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı fransızın transferi “kral” klubuna təxminən 500 milyon avroya başa gələcək.

Yuxarıda göstərilən məbləğə hücumçunun beş illik maaşı, həmçinin imza bonusu daxildir.

Mbappenin "Real Madrid"ə transferi cari mövsümün sonunda dəqiqləşəcək. PSJ ilə müqaviləsi iyunun sonunda başa çatacaq forvard azad agent kimi Madrid nəhənginə qoşulacaq.

Mbappe 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2023/24 mövsümündə forvard bütün yarışlarda 30 matçda 31 qol vurub və 7 məhsuldar ötürmə edib. Parislilərlə birlikdə 5 dəfə Fransa çempionu olub.Transfermarkt Kilianın bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.







Transfer