19 yanvar 2025. Bazar günü

Lopeteqi "Milan"ı çalışdıra bilər

İspaniyalı mütəxəssis Xulen Lopeteqi İtaliyanın "Milan" klubuna rəhbərlik edə bilər.


  • Transfer
  • 23:52 17.02.2024
  • Oxunma sayı: 142
Lopeteqi "Milan"ı çalışdıra bilər

İspaniyalı mütəxəssis Xulen Lopeteqi İtaliyanın "Milan" klubuna rəhbərlik edə bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Mateo Moretto "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

O “rossonerlər”in rəhbərliyinin mövsümün sonunda klubun hazırkı baş məşqçisi Stefano Pioli ilə görüşərək gələcəyini müzakirə etməyi planlaşdırdığını və əgər yollar ayrılarsa namizədlər siyahısına Lopeteqidən başqa daha iki mütəxəssis daxil etdiyini bildirib.

Lopeteqi məşqçilik karyerasına sonradan rəhbərlik etdiyi "Rayo Valyekano"da köməkçi kimi başlayıb. Daha sonra 54 yaşlı mütəxəssis "Kastilya", İspaniyanın gənclərdən ibarət komandaları, "Portu", İspaniyanın əsas millisi, "Real Madrid", "Sevilya" və "Vulverhempton"da olub.

Hazırda İtaliya A Seriyasında keçirilən 24 oyundan sonra "Milan" 52 xalla üçüncü pillədə qərarlaşıb.







Transfer

"Dinamo"dan Türkiyə klubuna
  • Transfer
  • 22:38 18.01.2025
"Dinamo"dan Türkiyə klubuna