27 iyul 2024. Şənbə

De Xea İspaniyada oynamaq istəyir


  • Transfer
  • 13:30 18.02.2024
  • Oxunma sayı: 77
De Xea İspaniyada oynamaq istəyir

“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea karyerasını İspaniyada davam etdirmək niyyətində olduğunu bildirib.

90deqiqe.Az-ın " The Sun"a istinadən məlumatına görə, 33 yaşlı qolkiper digər çempionatlardan, o cümlədən İngiltərə Premyer Liqası və Səudiyyə Ərəbistanı Pro Liqasından gələn təklifləri nəzərə almayacaq.

Xatırladaq ki, daha əvvəl mətbuatda De Xeanın İngiltərənin "Nyukasl" klubu ilə əmək müqaviləsi bağlamağa yaxın olduğu barədə məlumatlar yayılmışdı. İspaniyalı qolkiperin xidmətində Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubunun da maraqlı olduğu haqda iddialar yayılıb.

Ötən mövsüm De Xea bütün yarışlarda 58 matçda iştirak edib, onlardan 25-də qapını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir