27 iyul 2024. Şənbə

Ançelotti Mbappenin transferi haqda danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Rayo Valyekano" ilə La Liqa matçı öncəsi mətbuat konfransında PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı açıqlama verib.


  • Transfer
  • 14:17 18.02.2024
  • Oxunma sayı: 88
Ançelotti Mbappenin transferi haqda danışdı

"Real"ın baş məşqçisi Karlo Ançelotti "Rayo Valyekano" ilə La Liqa matçı öncəsi mətbuat konfransında PSJ-nin hücumçusu Kilian Mbappenin mümkün transferi ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, italyan çalışdırıcı, hazırda bunun üçün danışmağın çox uzaq olduğunu bildirib.

“Mbappenin keçidi? Qarşıdan gələn matç haqqında danışmaq üçün buradayıq. Mən ona məşq etmək istərdim? Mən mövsümü başa vurub titullar qazanmaq istərdim. Biz bunun üçün çalışırıq. Yeni mövsüm hələ çox uzaqdadır”

Xatırladaq ki, Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrıla biləcəyi daha əvvəl xəbər verilmişdi. Real Madrid futbolçuya əsas namizəd hesab olunur. Fransız futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 31 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir