24 oktyabr 2024. Cümə axşamı

"Milan"ın yeni transfer hədəfi


  • Transfer
  • 18:12 18.02.2024
  • Oxunma sayı: 119
"Milan"ın yeni transfer hədəfi

"Milan" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.

90deqiqe.Az "TodoFichajes"ə istinadən xəbər verir ki, “rossoneri”nin transfer hədəfi “Lill”in hücumçusu Conatan Daviddir.

Fransa klubu daha əvvəl kanadalı futbolçu üçün 60 milyon avro istədiyi üçün "Milan" bundan imtina etmişdi.

A Seriya klubu bu dəfə ümid edir ki, 24 yaşlı Davidi təxminən 40 milyona transfer etmək mümkün olacaq, çünki oyunçunun hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Həmçinin Milanın radarında Bundesliqanın cari mövsümünün ikinci bombardiri, Ştutqartdan Serou Guirassi qalır.

Xatırladaq ki, yay transferi pəncərəsinda "Milan"ın hücumçuları Olivye Jirunun MLS-ə, Rafael Leaonun PSJ-yə keçidi gözlənilir.

Bu mövsüm David "Lill"in heyətində 31 oyun keçirib, 16 qol vurub və 6 məhsuldar ötürmə verib.







Transfer