24 oktyabr 2024. Cümə axşamı

Daviesin agenti "Barselona"nın idman direktoru ilə görüşdü

"Bavariya"nın müdafiəçisi Alfonso Daviesin agenti "Barselona" rəhbərliyi ilə görüşüb. 


  • Transfer
  • 20:45 19.02.2024
  • Oxunma sayı: 109
Daviesin agenti "Barselona"nın idman direktoru ilə görüşdü

"Bavariya"nın müdafiəçisi Alfonso Daviesin agenti "Barselona" rəhbərliyi ilə görüşüb. 

90deqiqe.Az xəbər verir ki, kanadalı oyunçunun agenti Madriddə kataloniyalı idman direktoru Deko ilə görüşüb.

Daha əvvəl mətbuatda "Real"ın 2024-cü ilin yayında "Bavariya"nın müdafiəçisi Alfonso Daviesi transfer etmək istədiyi barədə məlumatlar yayılmışdı.

Bu mövsüm Alfonso Davies bütün yarışlarda 27 matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı futbolçunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.







Transfer