- Transfer
- 17:14 11.04.2026
Bu yay Eden Hazard, Luka Yoviç, Ferland Mendi, Rodriqo, Eder Militaonu heyətinə cəlb edən "Real Madrid" maliyyə feyr pley qaydalarına əməl etmək üçün futbolçu satışlarına başlayır.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, bu tranferlərə ümumilikdə 303 milyon avro xərcləyən Kral klubunun hazırda heyətində 30 futbolçu var. "Real"ın bu rəqəmi avqustun 18-i başlayacaq La Liqanın matçına qədər 24-ə düşürməyi planlaşdırır.
Luka, Teo, Requilon, Llorente, Odeqard, Kovaçiç, De Tomasla yolları ayıran "Madrid klubu"nun komandada görmək istəmədiyi digər oyunçuların Keylor Navas, İsko, Qaret Beyl, Xames Rodriqes və Sebalyos olduğu bildirilir. Klub rəhbərliyi onları bu yay satmaq istəyir .