22 oktyabr 2024. Çərşənbə axşamı

Tuxel "Barselona"nı çalışdıra bilər

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel gələn yay "Barselona"ya rəhbərlik edə bilər.


  • Transfer
  • 22:20 21.02.2024
  • Oxunma sayı: 104
Tuxel "Barselona"nı çalışdıra bilər

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel gələn yay "Barselona"ya rəhbərlik edə bilər.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. O  almaniyalı mütəxəssisin mavi qranatlarla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. Eyni zamanda, Kataloniya ofisində Tuçelin namizədliyi müzakirə olunub. Qeyd olunur ki, münhenli çalışdırıcı hazırda heç bir klubla danışıqlar aparmır və bütün diqqətini “Bavariya”dakı hazırkı vəziyyəti düzəltməyə cəmləyib.

Münhen klubu Tuçelin cari mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı rəsmi açıqlama yayıb.

Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Daha sonra alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmanı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen ilə Bundesliqanın qalibi olub.

Almaniya Bundesliqasının 21 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münhen komandası ilə lider Bayer arasındakı fərq 8 xaldır.







Transfer