27 iyul 2024. Şənbə

Virtz "Bayer"dən ayrılmağı düşünmür


  • Transfer
  • 15:09 22.02.2024
  • Oxunma sayı: 150
Virtz "Bayer"dən ayrılmağı düşünmür

"Bayer" yarımmüdafiəçisi Florian Virtz gələcək karyerası ilə bağlı qərarını verib.

90deqiqe.Az xəbər verir ki, alman oyunçu 2024/2025 mövsümünün sonuna qədər Leverkuzendən ayrılmaq niyyətində deyil.

Futbolçu ilə "Bavariya", "Real Madrid", "Liverpul" və "Mançester Siti" maraqlanır. "Bayer" Virtzin satışından 130 milyon avro qazanmaq niyyətindədir.

Qeyd olunur ki, yarımmüdafiəçinin Madridə keçməsində Real Madridin texniki sponsoru adidas maraqlıdır. Bundan əvvəl alman şirkəti "Borussiya Dortmund"dan yarımmüdafiəçi Jude Bellinqhemin transferində "Los Blancos"a yardım etmişdi.

Virtz 2020-ci ilin qışından Bayerin sistemindədir. Onun müqaviləsi 2027-ci ilin iyununa qədərdir. Bu mövsüm hücumameyilli yarımmüdafiəçi bütün turnirlərdə 30 oyun keçirib, 8 qol vurub, 18 məhsuldar ötürmə verib və 4 sarı vərəqə alıb. Transfermarkt portalı 20 yaşlı almaniyalıya 100 milyon avro qiymət qoyub.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir