27 iyul 2024. Şənbə

Tuxel "Mançester Yunayted"i çalışdıra bilər


  • Transfer
  • 21:37 22.02.2024
  • Oxunma sayı: 100
Tuxel  "Mançester Yunayted"i çalışdıra bilər

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"də çalışmaqda maraqlıdır. 

90deqiqe.Az "Kicker"ə istinadən xəbər verir ki, Tuçel ingilis klubunu çox bəyənir. Alman çalışdırıcını mankunianların maliyyə imkanları, ənənələri, brendi və stadionu cəlb edir.

Bildirilir ki, 50 yaşlı mütəxəssis Tuxelbu mövsüm başa çatdıqdan sonra karyerasına ilkin olaraq fasilə vermək istəyir. Tuxel bu qərarı yalnız “Mançester Yunayted”in hazırkı baş məşqçisi Erik ten Haq istefaya göndəriləcəyi təqdirdə dəyişə bilər.

Qeyd edək ki fevralın 21-də Münhen klubu alman mütəxəssisin cari mövsümün sonunda komandanı tərk edəcəyi ilə bağlı rəsmi açıqlama yaymışdı.

Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Daha sonra alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmanı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen ilə Bundesliqanın qalibi olub.

Almaniya Bundesliqasının 21 turundan sonra "Bavariya" 50 xal toplayıb və ikinci pillədə qərarlaşıb. Münhen komandası ilə lider Bayer arasındakı fərq 8 xaldır.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir