11 mart 2026. Çərşənbə

Qəbələ'nin daha bir futbolçusu Çexiya klubunda


  • Transfer
  • 02:31 16.07.2019
  • Oxunma sayı: 522
Qəbələ'nin daha bir futbolçusu Çexiya klubunda

Qəbələ Futbol Akademiyası"nın yetirməsi Samir Qurbanov karyerasını Çexiyada davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Vaqif Heydərli sosial şəbəkə hesabında məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi "Viktoriya Jijkov" klubu ilə iki illik müqavilə imzalayıb.

Qeyd edək ki, Samir Qurbanov Azərbaycanın U-19 yığma komandasının üzvüdür.

Xatırladaq ki, hazırda “Qəbələ”nin digər yetirməsi Fərid Nəbiyev də Çexiyada legioner həyatı yaşayır. O, “Slaviya” (Praqa) klubunda çıxış edir.







Transfer