- Transfer
- 18:38 24.11.2024
"Arsenal" və "Mançester Yunayted" "Fənərbağça"nın yarımmüdafiəçisi Sebastyan Şimanski ilə maraqlanır.
90deqiqe.Az-ın məlumatına görə, ingilis klubları 24 yaşlı futbolçunu potensial gücləndirici kimi görür.
Daha əvvəl “Tottenhem”in futbolçu ilə maraqlandığı barədə məlumatlar yayılmışdı.
Şimanski 2019-2023-cü illərdə Moskva "Dinamo"sunda çıxış edib. Polşalı oyunçu 2023-cü ilin iyulundan "Fənərbağça"da çıxış edir. Bu mövsüm İstanbul təmsilçisinin heyətində bütün turnirlərdə 39 oyun keçirən yarımmüdafiəçi 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 20 milyon avrodur.