- Transfer
- 18:38 24.11.2024
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen qarşıdan yay transfer pəncərəsində komandasını dəyişə bilər.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist Əşrəf Ben Əyyad "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. O, almaniyalı qolkiperin Səudiyyə Ərəbistanının liqa klublarından biri ilə müqavilə üzrə danışıqlar apardığını qeyd edib.
Ter Stegen 2014-cü ildən "Barselona"da çıxış edir. Bu müddət ərzində qapıçı kataloniyalılarla UEFA Çempionlar Liqası da daxil olmaqla 16 kubok qazanıb.
Bu mövsüm Ter Ştegen "Barselona"nın heyətində bütün yarışlarda 20 oyun keçirib və 28 qol buraxıb. Futbolçunun ispan klubu ilə müqaviləsi 2028-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 35 milyon avrodur.