8 sentyabr 2024. Bazar günü

"Liverpul" Xabi Alonso üçün danışıqlar aparır


  • Transfer
  • 16:18 24.02.2024
  • Oxunma sayı: 114
"Liverpul"  Xabi Alonso üçün danışıqlar aparır

"Liverpul" "Bayer"in baş məşqçisi Xabi Alonsonu komandanın baş məşqçisi postuna dəvət etməkdə maraqlıdır.

90deqiqe.Az-ın məlumatına görə, jurnalist Florian Plettenberqin  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. O ingilis klubunun rəhbərliyi artıq mümkün əməkdaşlıqla bağlı ispan mütəxəssisin nümayəndələri ilə əlaqə saxladığını bildirib.

Daha əvvəl "Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsümün sonunda klubdan ayrılacağını açıqlamışdı.

Xatırladaq ki, Xabi Alonso 2022-ci ildə “Bayer Leverkuzen”ə rəhbərlik edir.

Bu mövsüm Almaniya çempionatında keçirilən 22 turdan sonra ispan mütəxəssisin rəhbərliyi altında "Bayer" 58 xalla turnir cədvəlinə başçılıq edir. “Bavariya” ikinci yerdədir. Münhen klubunun 50 xalı var.







Transfer

Andre Qomeş Fransa klubunda
  • Transfer
  • 22:32 06.09.2024
Andre Qomeş Fransa klubunda