27 iyul 2024. Şənbə

“Real” Modriçə əvəzləyici tapdı


  • Transfer
  • 16:45 24.02.2024
  • Oxunma sayı: 111
“Real” Modriçə əvəzləyici tapdı

"İnter"in yarımmüdafiəçisi Nikolo Barella "Real"a keçə bilər.

90deqiqe.Az-ın məlumatına görə, Madrid rəhbərləri italyan yarımmüdafiəçini bu mövsümün sonunda Los Blankosu tərk etmə ehtimalı olan əfsanəvi xorvatiyalı futbolçu Luka Modriçin yerinə uyğun namizəd kimi görürlər. Bildirilir ki, Milan klubu 27 yaşlı futbolçu ilə nə az, nə çox, 60 milyon avro ödənilərsə ayrılmağa hazır olacaq.

Barella 2020-ci ildə 32,5 milyon avroya "Kalyari"dən "İnter"ə keçib.Bu mövsüm yarımmüdafiəçi "neradzurri"nin heyətində bütün turnirlərdə 31 oyun keçirib və iki qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun Milan klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 75 milyon avrodur.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir