24 oktyabr 2024. Cümə axşamı

De Xea və Noyer ərəblərin 30 milyonluq təklifini rədd edib


  • Transfer
  • 00:40 25.02.2024
  • Oxunma sayı: 165
De Xea və Noyer ərəblərin 30 milyonluq təklifini rədd edib

Azad agent olan “Mançester Yunayted”in sabiq qapıçısı David de Xea, həmçinin “Bavariya”nın qapıçısı Manuel Noyer Səudiyyə Ərəbistanından gələn təklifdən imtin edib.

90deqiqe.Az-ın məlumatına görə, Kriştianu Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” klubu qapıçılara 30 milyon avro maaşla müqavilə təklif edib.

Bildirilir ki, səudiyyəlilər yüksək səviyyəli qapıçı axtarırlar. Onların siyahısında Jan Oblak,Andre Ter Stegen, Andrey Lunin və Keylor Navas yer alır.

Ötən mövsüm De Xea bütün yarışlarda 58 matçda iştirak edib, bunun 25-də qapını təmiz saxlayıb. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Noyer bu mövsüm bütün yarışlarda 19 matçda iştirak edib, o, 22 qol buraxıb və səkkiz qapını təmiz saxlayıb.







Transfer