24 oktyabr 2024. Cümə axşamı

"Liverpul"da baş məşqçi postuna yeni namizəd


  • Transfer
  • 12:06 25.02.2024
  • Oxunma sayı: 121
"Liverpul"da baş məşqçi postuna yeni namizəd

Almaniya milli komandasının baş məşqçisi Julian Naqelsmann "Liverpul"da rəhbərlik edə bilər.

90deqiqe.Az  “The Telegraph”a istinadən xəbər verir ki,  Mersisaydlılar onu "Bayer"in baş məşqçisi Xabi Alonsoya alternativ hesab edirlər. 

Klub Portuqaliyanın "Sportinq"inə başçılıq edən ispan mütəxəssis Ruben Amorimi də nəzərdən keçirir. Lakin Xabi Alonso prioritet seçim olaraq qalır.

Xatırladaq ki, yanvarın 26-da alman mütəxəssis Yurgen Klopp bu mövsümün sonunda "Liverpul"u tərk edəcəyini açıqlamışdı. Klopp açıqlamasında artıq komandanı çalışdırmağa enerjisinin olmadığını açıqlayıb.

Julian Naqelsmannın rəhbərliyi altında Almaniya millisi bu il keçiriləcək ev Avropa çempionatında mübarizə aparacaq.







Transfer