24 oktyabr 2024. Cümə axşamı

"MLS-ə gəlmək fürsəti çox cəlbedici idi" - Alba


  • Transfer
  • 13:25 25.02.2024
  • Oxunma sayı: 100
"MLS-ə gəlmək fürsəti çox cəlbedici idi" - Alba

İspan müdafiəçi Jordi Alba "İnter Mayami"yə keçidi haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, 34 yaşlı futbolçu bura  gəlmək fürsətinin çox cəlbedici olduğunu bildirib.

“Mən qələbələrdən yorulmuram. Rəqabətə davam etmək və qalib gəlmək istəyirəm. Bu qədər ilham olmasaydı, bura gəlməzdim. Futbol oynamazdım, amma "Barselona"da evdə qalardim.

MLS-ə gəlmək fürsəti çox cəlbedici idi. Bundan başqa, mən Leo Messi və Busketsə qayıtmaq istəyirdim və indi Luis Suares gəldi. Bu, məni qərar verməyə inandırdı”, - ispan oyunçu CBS Sports-a müsahibəsində deyib.

Xatırladaq ki, “Barselona”nın sabiq müdafiəçisi Jordi Alba 2023-cü ilin yayında “İnter Mayami”nin futbolçusu olub. Onun ABŞ klubu ilə hazırkı əmək müqaviləsi 2024-cü ilin sonuna qədərdir. Müqavilənin daha bir mövsüm uzadılması variantı var.







Transfer