24 oktyabr 2024. Cümə axşamı

Serxio Aquero yenidən futbola qayıda bilər


  • Transfer
  • 13:40 25.02.2024
  • Oxunma sayı: 123
Serxio Aquero yenidən futbola qayıda bilər

"Mançester Siti"nin və Argentina millisinin sabiq hücumçusu Serxio Aquero ürəyində yaranan problemlər səbəbindən 2021-ci ildə başa vurduğu karyerasını qısa müddətə bərpa edə bilər.

90deqiqe.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki,  Argentinanın “İndependiente” klubu 35 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bundan əvvəl Aguero canlı efirdə kardioloqa zəng edərək meydanda 10-20 dəqiqə oyun keçirə bilib-bilməyəcəyini soruşmuşdu. Mütəxəssis eks-futbolçuya cavab verib ki, əgər fiziki hazırlaşırsa, səhhətində heç bir problem olmamalıdır.

Bildirilir ki, Aquero "İndependyente" ilə bir neçə yoldaşlıq oyunu keçirə və nəhayət, futbolçu karyerasını bitirə bilər.

Xatırladaq ki, argentinalı 2003-2006-cı illərdə sistemində olduğu "İndependyente"nin məzunudur.







Transfer