24 oktyabr 2024. Cümə axşamı

"Real" onunla razılığa gəlib

"Real Madrid" "Bavariya"nın müdafiəçisi Alphonso Davies ilə şəxsi razılaşmanın şərtləri ilə bağlı şifahi razılığa gəlib.


  • Transfer
  • 15:13 26.02.2024
  • Oxunma sayı: 106
"Real" onunla  razılığa gəlib

"Real Madrid" "Bavariya"nın müdafiəçisi Alfonso Davies ilə şəxsi razılaşmanın şərtləri ilə bağlı şifahi razılığa gəlib.

90deqiqe.Az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Mənbənin sözlərinə görə, hazırda hadisələrin inkişafı üçün iki variant var: Davies ya bu yay “Real”a keçəcək, ya da “Bavariya” ilə müqaviləsi başa çatan bir ildən sonra Madrid klubunun futbolçusu olacaq. Bəzi İngiltərə klublarının və "Barselona"nın maraq göstərdiyi futbolçunun özü də "Real Madrid"ə keçmək istəyir.


Bu mövsüm Alfonso bütün turnirlərdə 27 matçda iştirak edib və bu matçlarda bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədərdir. Transfermarkt portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.Devis daha əvvəl Kanadanın “Vankuver Uaytkaps” klubunda çıxış edib.







Transfer