24 oktyabr 2024. Cümə axşamı

De Bruyne Səudiyyə Ərəbistanına keçməyi düşünmür


  • Transfer
  • 16:28 26.02.2024
  • Oxunma sayı: 118
De Bruyne Səudiyyə Ərəbistanına keçməyi düşünmür

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne və ailəsi Səudiyyə Ərəbistanına köçməkdə maraqlı deyil.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Transfer News Live” jurnalist Sem Liyə istinadən məlumat yayıb.

Bundan əvvəl mətbuatda Səudiyyə klublarının De Bruyneni öz sıralarında görmək istəməsi ilə bağlı məlumatlar yayılmışdı. 32 yaşlı belçikalının "Mançester Siti" ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.

Ümumilikdə Kevin De Bruyne “Mançester Siti”nin heyətində 367 oyun keçirib. Onlarda yarımmüdafiəçi 98 qol vurub və tərəfdaşlarına 161 uğurlu ötürmə edib. “Mançester Siti” növbəti oyununu fevralın 27-də – İngiltərə Kubokunda “Luton Taun”a qarşı keçirəcək.







Transfer