24 oktyabr 2024. Cümə axşamı

“Mançester Yunayted”in hədəfi – “İnter”in müdafiəçisi


  • Transfer
  • 21:09 26.02.2024
  • Oxunma sayı: 105
“Mançester Yunayted”in hədəfi – “İnter”in müdafiəçisi

"İnter"in müdafiəçisi Denzel Dumfries karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

90deqiqe.Az "Tuttosport"a istinadən xəbər verir ki, niderlandlı futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır.

Bildirilir ki, “İnter” futbolçusu yüksək maliyyə tələblərinə görə onunla müqaviləni yeniləmək niyyətində deyil. Dumfriesin "Mançester Yunayted"ə mümkün transferi 40 milyon avro dəyərində qiymətləndirilir. Daha əvvəl "Aston Villa" və "Bavariya"nın da müdafiəçinin xidmətində maraqlı olduğu bildirilir.

Bu mövsüm 27 yaşlı Damfries "İnter"in heyətində 24 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Transfermarkt portalı Hollandiya millisinin oyunçusuna 30 milyon avro qiymət qoyub.







Transfer