27 iyul 2024. Şənbə

"Milan"ın tələbi - 100 milyon!


  • Transfer
  • 23:06 26.02.2024
  • Oxunma sayı: 111
"Milan"ın tələbi - 100 milyon!

"Milan"ın rəhbərləri sol cinah müdafiəçisi Teo Hernandezin qiyməti ilə bağlı qərar verib.

90deqiqe.Az xəbər verir ki, bu barədə jurnalist Pietro Mazzara "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb. 

O "rossonerilər"in futbolçusuna görə 100 milyon avro təzminat istədiyini qeyd edib. Alfonso Daviesə əvəzləyici axtaran "Bavariya" Teonu transfer etmək istəyir.

Bununla belə, Rotten Teo Hernandes üçün belə böyük təzminat ödəməyə hazır deyil. Mümkündür ki, Teo ən azı 2024/2025 mövsümündə San Siroda qalacaq.







Transfer

PSJ-ni  "Arsenal"a dəyişir
  • Transfer
  • 12:35 26.07.2024
PSJ-ni "Arsenal"a dəyişir