- Transfer
- 18:40 23.11.2024
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən Qarabağ dördüncü transferini reallaşdırıb.
Corner.az xəbər verir ki, Ağdam təmsilçisi Maqaye Qeyeni transfer edib.29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil.
Seneqal əsilli forvardın son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. O, karyerası ərzində Fransanın "Strasburq", "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" klublarında çıxış edib.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.